Fərqlənmə attestatları şagirdlərə təqdim edildi

15.07.2021-ci il tarixdə məzunlarımıza fərqlənmə nümunəli attestatları təqdim etdik. Məktəbimizin fərqlənmə attestatına layiq görülmüş hər bir şagirdi və onların müəllimlərini təbrik edir, uğurlar arzu edirik! 2021-ci tədris ili üçün 9 cu və 11 ci siniflərdən 20 nəfər şagirdimizə fərqlənmə attestatları təqdim edildi. Valideynlərə, şagirdlərə və əziyyəti olanlara məktəb rəhbərliyinin adından təşəkkür bildirildi. Şagirdlər isə öz növbəsində bu uğurlarını gələcəkdə də davam etmək üçün əllərindən gələni əsirgəməməyə söz verdilər. AZərbaycan Respublilasının Dövlət Himnini canlı oxudular. Uğurlarımız bol və davamlı olsun! Və hər zaman 251 lə irəli!!!