Məzunların sevinci

Bu il məktəbimizin 9-cu sinfini 121 nəfər şagird bitirir. 9 illik zəhmətin nəticəsi isə buraxılış imtahanında öz bəhrəsini göstərdi. Şagirdlərimiz hər birimizin sevincinə səbəb olacaq fərəhli nəticələrlə ilk sınağın öhdəsindən layiqincə gəldilər. 9-cularımızın 14 nəfəri fərqlənmə attestatına layiq görüldülər. 11-ci sinfi bitirən 90 nəfərdən isə 6 məzunumuz fərqlənmə attestatı alacaqlar.
Bu gün alınan fərqlənmə attestatları məzunlarımızın gələcək təhsil yollarına işıq tutacaq mayak tək parlayacaq. Çünki, bu adi sənəd deyil, illərlə çəkilmiş zəhmətin, qazanılmış biliklərin bir növ isbatıdır. Bütün məzunlarımıza həyatda, təhsildə uğurlar diləyir, doğma məktəbimizdə qazandıqları təməl biliklərin zəminində elmdə, həyatda daha yüksək nailiyyətlər qazanmalarını arzulayırıq.