Şagirdlər üçün ekskursiya təşkil edildi

22.06.2021 - ci il tarixində “Yay məktəbi” çərçivəsində şagirdlər üçün ekskursiya təşkil edildi. Şagirdlər əvvəlcə “Yanardağ” Dövlət Tarix - Mədəniyyət və Təbiət qoruğunda oldular. Onlar qoruğun yaranması, tarixi haqqında faydalı məlumatlar əldə etdilər. Daha sonra isə Atəşgah dini məbədinə getdilər. Bələdçi şagirdlərə zərdüştlərin dini ibadətləri, onların yaşayış tərzi haqqında məlumat verdi. Beləliklə şagirdlər həm Azərbaycanın tarixi abidələri ilə əyani tanış oldular, həm də maraqlı vaxt keçirdilər.