Yay məktəbinin ikinci günü

Yay məktəbinin ikinci günü də çox maraqlı və məhsuldar keçdi. Dərslər pandemiya şəraitinə uyğun olaraq sanitar-epidiomoloji qaydalar nəzərə alınmaqla təşkil edilir. Bu gün ilk şagirdlər ilk dərslərini sinif otaqlarında keçdilər. Dərs məşğələlərində ilboyu öyrəndikləri bilikləri möhkəmləndirmək, çətinlikləri aradan qaldırmaq məqsədilə tapşırıqlar, çalışmalar etdilər. Daha sonra isə məktəbin həyətində açıq havada təşkil edilən rəsm müsabiqəsində müxtəlif rəsm əsərləri çəkdilər. Fərqlənən rəsmlərin müəlliflərinə albom, rəngli karandaşlar hədiyyə olundu. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin zamanını əyləncəli və maraqlı təşkil etmək idi.