Fərqlənək, fərqləndirək

Artıq dərs ilinin sonuna yaxınlaşırıq. Çətinliklərlə, bəzən uğurlarımızın sevinci ilə qürurlandığımız daha bir tədris ili arxada qalır. Pandemiyanın sərt qaydaları, onlayn dərsin yaratdığı maneələr isə nə məktəbimizin sənətinin vurğunu olan müəllimlərinə, nə də öyrənmək istəyi ilə məktəbə can atan şagirdlərimizin çalışmaq istəyinə mane olmadı. 
Onlayn tədrislə bərabər müəllimlərimiz də, şagirdlərimiz də məktəbimizin ictimai həyatında fəal iştirak etdilər. Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil idarəsinin tərtib etdiyi tədbirlər planına əsasən ümumrespublika, ümumşəhər, ümumməktəb səviyyəli müxtəlif formatda keçirilən yarışmalar, müsabiqələr körpə istedadlarımızın üzə çıxarılmasında xüsusi rol oynadı. Məktəb rəhbərliyinin daim diqqət mərkəzində olan xüsusi bacarıqların seçilərək, fərqləndirilməsi isə bu uğurlu nəticənin təməli idi. Hər il artıq ənənə halını almış tədbirə dərs ilinin sonunda bir daha sadiq qalındı. İl ərzində məktəbin ictimai həyatında, təhsildə müxtəlif tədbirlərdə fərqlənən şagirdlərimiz direktor A. Əzizova tərəfindən “Fəxri fərman”-la mükafatlandırıldılar. Bu mükafatı alan hər şagirdin üzündəki sevinci sözlə ifadə etmək çətindir. Kim bilir bəlkə bugün titrək əllərində bu mükafatla evlərinə tələsən körpə balalar, illər sonra sabahın alimi, siyasi xadimi, gözəl mütəxəssisi olacaqlar. Lakin bu günün şagirdləri bir zaman hələ məktəb yaşındaykən aldıqları bu mükafatı unutmayacaq və onların əməyinə qiymət verən, onları böyük həyata hazırlayan əziz müəllimlərini heç zaman unutmayacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi