İmtahan həyəcanı

10 İyun - doqquzuncu siniflərin buraxılış imtahanı günüdür. 
Bu il məktəbimizi azərbaycan bölməsi üzrə 4, rus bölməsi üzrə 1 sinif bitirir. Doqquzuncuların bilik sınağında 121 şagirdimiz iştirak edəcək. Doqquzuncu siniflərin buraxılış imtahanı onların ilk sınağı, ilk həyəcanıdır. Şagirdlərimizə onları gözləyən imtahanda uğurlar, sevinc dolu nəticələr arzulayırıq. Elmin, biliyin açmadığı qapı, aşmadığı çətinlik yoxdur. Elə dahi Nizaminin dediyi kimi: “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz.” 
Elmin verdiyi cəsarət və üstünlük daim sizinlə olsun, əziz şagirdlərimiz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi