Müəllim zəhməti - şagird uğuru

Məktəbimizin X sinif şagirdi Hüseynli Nəzrin Heydər Əliyev – 98 “Ən yaxşı təqdimat” müsabiqəsində Bakı şəhəri üzrə qalib gəlmiş on məktəb təmsilçisindən biridir. Bu sevincli xəbər bütövlükdə 251 nömrəli məktəbin sevinc və qüruruna səbəb oldu. Nəzrin öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəldi və bu uğurun arxasında onu bu çətin sınağa hazırlayan Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnarə Bədəlovanın gərgin zəhməti dayanır. Sevindirici haldır ki, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban xanımın təqdimatında həm Nəzrin, həm də Gülnarə xanım mükafatlandırıldılar. 
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban xanıma göstərdiyi diqqət və qayğıya görə kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk. Heç də təsadüfi deyildirki, belə diqqət şagirdləri və müəllimləri daha böyük uğurlara sövq edir. 
Məktəbimizdə şagirdlərin fərdi inkişafı üçün, onların istedadlarının üzə çıxarılması yönümündə daim mühüm addımlar atılır. Məktəbin rəhbərliyi tərəfindən müəllimlər üçün yaradılmış sağlam iş şəraiti, şagirdlər üçün həvəsləndirici tədbirlər bu uğurların əsasında dayanır. Bu gün bir müəllimimizin qürurlu nəticəsindən, bir şagirdimizin sevincli uğurundan bəhs etdik. Qarşıda isə bizi hələ qazanılmamış, uğurunda mübarizə aparılan neçə zirvələr gözləyir. Bu çətin şərəfli yolda hər bir müəllimimizə səbr, şagirdlərimizə isə yorulmadan çalışqanlıq arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi