Onlayn görüş

Dərs ilinin sonu yaxınlaşdıqca məktəblərdə müəllimlərin, şagirdlərin və təbii ki, valideynlərin imtahan həyəcanı başlayır. Elə bu münasibetlə 19 may tarixində məktəbimizin 9-cu sinif, 20 may tarixində isə 11-ci siniflərin valideynləri ilə onlayn görüş keçirildi.
Görüşdə məktəbin direktoru A.Əzizova, müavinlər, sinif rəhbərləri, buraxiılş sinif şagirdlərinin valideynləri iştirak edirdilər. Görüş zamanı valideynləri maraqlandıran suallara aydınlıq gətirilmiş, qarşıda dayanan vəzifələr müzakirə olunmuşdur.
Sonda Aygün xanım Əzizova illərlə çəkilən zəhmətin uğurlu nəticəsi olacağına əminliyini bildirmişdir. Validüynlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmiş, belə görüşlərin mühüm əhəmiyyəti olduğunu qeyd etmişlər.
9-cu sinif şagirdləri iyun ayında elmin, biliyin sinağına çəkiləcəklər, məzunlarımızı isə imtahanın ikinci turu gözleyir. Bütün şagirdlərimizə bu çətin sınaqda gözəl nəticələr, parlaq gələcək arzulayırıq.