Tarix yazan rəhbər

Elə insanlar olur ki, onlar xalqının tarixinin bir parçasına çevrilir. Mənsub olduğu millətin varlığını bəyan edərək onun keçmişinə, gələləcəyinə sönməyən işiq tutur. Azərbaycan xalqının yetirdiyi müdrik siyasətçi, ulu öndər H.Əliyev məhz belə nadir şəxsiyyətlərdəndir. Sovet imperiyasının ən çətin illərində belə öz xalqının mənafeyini hər şeydən üstün tutan uzaqgörən siyasətçi daim xalqının müstəqil gələcəyini düşünmüşdür. Bu gün təməlini ulu öndərin qoyduğu Azərbaycan dövlətçiliyi inamla inkişaf edərək, dünyanın öz sözünü deyən dövlətləri ilə bir sırada dayanır.
H.Əliyev Azərbaycan rəhbərliyinə xalqın tələbi ilə ikinci qayıdışı zamanı vetenimizin ən ağır günlerinə təsadüf edirdi. Xarici təcavüz, daxili çəkişmələr, vətəndaş itaətsizliyi o zamanı xarakterizə edən amillər idi. O ağır günlərdə hamı bir fikirdə idi. Azərbaycanı ya möcüzə, ya da H.Əliyev kimi bir rəhbər bu vəziyyətdən çıxara bilər. Əslində isə möcüzə geri qayıtdı. Axı H.Əliyev kimi bir şəxsiyyət yalnız tarixin yetirdiyi möcüzə ola bilərdi. Bəli, o böyük qayıdış dövlətçiliyimizi yox olmaq təhlükəsindən qurtararaq müstəqillik, azadlıq yoluna çıxardı. Siyasətdə, iqtisadiyyatda, mənəviyyat sahəsində, ordu quruculuğunda misli görünməmiş yüksəliş böyük rəhbərin Azərbaycan dövlətçiliyinin bərpası yolunda görmüş olduğu işlərin bir parçası idi. Bu gün böyük rəhbərin siyasi kursunun layiqli davamçısı İ. Əliyev xalqın dəstəyi ilə dövlətimizin müstəqilliyi, bütövlüyü yolunda daim, yorulmadan mübarizə aparır.
Bu gün ulu öndərin anadan olmasının 98-ci ildönümüdür. Dahilərin qismətinə əbədiyaşarlıq yazılır deyirlər. Əbədi yaşın mübarək ulu rəhbər, böyük öndər,xalqımızın dahi oğlu!