Bir dərsin xatirəsi

H.Əliyev bu və ya digər şəkildə hər bir azərbaycanlının həyatında silinməz izlər qoyub. 251 nömrəli məktəbin kollektivi də böyük rəhbəri xüsusi ehtiramla xatırlayır. Məktəbimizin direktoru A. Əzizovanın  şəxsən "Açıq dərs"ində iştirak edərək ona layiqli tövsiyələrini verməsi hər birimizi qürurlandırır. Aygün xanım dəfələrlə böyük hörmətlə bu görüşün onun heyatında önəmli dönüş nöqtəsi olduğunu vurğulayır. Ulu öndər "Təhsil millətin gələcəyidir" sözləri ilə bu sahənin nə qədər gərəkli olduğunu  daim ifadə etmişdir. Layiqli pedoqoji kadrların yetişməsi və inkişaf etməsi böyük rəhbərin həmişə xüsusi diqqət mərkəzində olmuşdur. A.Əzizovanin açıq dərsində iştirak edən H.Əliyev bu görüşdən sonra  gözəl təəssüratlarını bölüşərək, pedaqoq haqqında xoş sözlər söyləmişdir.
Aygün xanım rəhbərlik etdiyi şagird kontingentini xalqımızın böyük oğluna məhəbbət, onun ölməz irsinə sadiqlik ruhunda tərbiyə edilməsi yolunda xüsusi xidmətlər göstərir.
Bəli, biz Aygün xanımın timsalında uzaqgörən rəhbərin Azərbaycan təhsilinə bəxş etdiyi layiqli bir rəhbəri, pedaqoqu görürük.
Hər bir sahədə minlərlə belə nümunələr göstərmək olar. Bizsə bu gün bir ömrə sığan parlaq, solmayan xatirədən bəhs etdik, həmişəyaşar ömrün bir saatlıq görüşündən bir insanın heyatını dəyişdirən ölməz xatirədən!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi