Qanla sildiyimiz tarix

8 May Azərbaycanlıyam: - deyən hər kəsin yaddaşının sızıltılı tarixidir. O gün cənnət Qarabağımızın yaqut qaşı, zamanın sərt rüzgarlarına məğrur duruşuyla meydan oxuyan Şuşamızın işğal günü idi. Şuşa bizim üçün təkcə bir şəhərimizin deyil zəngin tarixi – coğrafi məkanımızın, mədəni irsimizin bütövlükdə mənəviyyatımızın qoparılmış parçası idi. 
Ötən illər ərzində anaların yanıqlı, həzin bayatılarında layla və oxşamalarında Şuşalı günlərlə böyüyən, onun hər cığırına, yoxuşuna bələd olan qəhrəman bir nəsil yetişdi. O oğullar ki, bir anın içərisində Şuşanın hər döngəsinə orada böyümüş kimi tanış olan, Vətənin yetiş harayına ölümü bahasına gəldim deyən qəhrəmanlara çevrildilər. 
Ali baş komandanın “Dəmir Yumruğu” ilə irəli çağırışına hay verən igidlər dünyanın mən mən deyən fatihlərini, gücü ilə yerə göyə meydan oxuyan hərb elmini heyrətdə qoydular. Bəli bugün Şuşa azaddır! İstər siyasətdə, istərsə də döyüş meydanında rəqib tanımayan ali baş komandanımız İlham Əliyevin Cıdır düzündə alovlandırdığı “Novruz tonqalını”, düşmənin xarabay çevirdiyi məscidlərdə etdiyi duaları, varis sahibliyi ilə qarış-qarış gəzdiyi işğaldan azad olmuş torpaqlarımızı gördükcə hər kəsin qəlbi qürurla çırpınır. 
Daxili ve xarici siyasətilə 30 illik vətən həsrətinə son qoyan prezidentimiz  qətiyyətli siyasi iradəsilə zəfərin memarına, qələbənin bayraqdarına çevrilərək xalqımız  mübarizə və zəfər tarixinə adını qızıl hərflərlə yazdı.
Bəli 8 may tariximizin qanlı səhifəsi oldu, lakin xalqımızın igid oğulları şəhidi ilə, qazisi ilə bu səhifəni öz qanlarıyla canları bahasına yuyaraq “Qarabağ Azərbaycandır!” – dedilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi