Nəzrinin uğuru - məktəbin uğuru

Məktəbimizdə müntəzəm şəkildə keçirilən bu və ya digər formada müsabiqələr istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır. Növbəti uğurumuzda belə tədbirlərin məntiqi nəticəsi oldu.
Ümumilli lider H. Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 2020-2021 ci dərs ilində ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində məktəbimizin 10-cu sinif şagirdi Hüseynli Nəzrin uğurlu çıxışına görə tərifnamə ilə təltif olundu. Ümumrespublika səviyyəsində keçirilən bu tədbirdə şagirdimizin qazandığı uğur təkcə Nəzrinin müəllimlərinin deyil bütün məktəbin sevincinə səbəb oldu.