Kiçik Akademiyanın uğuru

Məktəbin Kiçik Akademiyası çərçivəsində hazırlanan layihə uğur qazanmışdır, beləki 5 may 2021-ci il tarixində Azərbaycan Britaniya Kolecinin təşkil etdiyi VI Bilik sərgisində Bakı şəhəri, Nizami rayonu 251 saylı məktəbin 10 d sinifin şagirdləri Əliyev Deniz, Əliyeva Səbinə, Hüseynova Nurlana və Renata Rəşmed “Health and environment” (“Sağlamlıq və ekologiya”) kateqoriyasında ikinci yerə layiq görülüblər.
Belə ki, həmin müsabiqədə müxtəlif ölkələrin, eləcə də beynəlxalq səviyyədə qatılan iştirakçıların layihələri münsiflər heyəti tərəfindən dörd kateqoriyada qiymətləndirilmişdir. Bu qruplar mühəndislik, sağlamlıq, enerji və ekologiya mövzularını əhatə edirdi. Hər bir layihə dörd münsif üzv tərəfindən müxtəlif ballarla dəyərləndirilmişdir. Şagirdlərin tədqiqat bacarıqlarına və biliklərinə əsaslanan elmi işləri yüzlərlə məruzə arasından seçilmişdir. Birinci mərhələdə iştirakçılar onlayn qeydiyyatdan üğurla keçmiş, daha sonra, ikinci mərhələ olaraq onların video təqdimatları dinlənilmişdir. Şagirdlər yüz ballıq sistem üzrə qiymətləndirilmişdir.