Hər kitab bir xəzinədir

Təhsil Nazirliyinin "Hər kitab bir xəzinədir"layihəsi çərçivəsində məktəbimizin ibtidai sinif müəllimi Nağıyeva Yeganə 32 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Mustafazadə Natəvan və 259 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Hidayətova Təranə müəllim ilə birlikdə kitab aksiyası keçirdilər.Bu aksiyaya müəllimlər öz şagirdlərini cəlb etdilər.Şagirdlər qarşılıqlı olaraq bir-birinə kitab hədiyyə etdilər.Sonra isə məktəblərarası videogörüş təşkil olundu.Şagirdlər hədiyyə aldıqları kitab haqqında təəssüratlarını bölüşdülər.Görüşdə dahi şəxsiyyətlərin kitab haqqında söylədikləri aforizmlər də nümayiş olundu.Məktəbimizin direktoru Aygün xanım Əzizova və direktor müavini Leyla xanım Sadıqova da görüşdə iştirak etdi.Kitablar haqqında dəyərli fikirlərini görüş iştirakçılarına bildirdilər.Sonda isə aksiya iştirakçılarına "Təşəkkürnamə"təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi