Yazıçı ilə görüş

Bütün dünyanın qeyd etdiyi “Ümumdünya kitab və müəlliflik hüququ günü” məktəbimizdə də müxtəlif tədbirlər formasında (onlayn şəkildə) qeyd edildi. Belə tədbirlərdən biri də, Təranə Muxtarovanın rəhbərlik etdiyi 2b sinifinin yazıçı Reyhan Yusifqızı ilə onlayn görüşü idi. Görüşə Türkiyənin 6 şəhərinin 11 məktəbinin müəllim və şagirdlərinin qatılması bu tədbiri daha maraqlı və yaddaqalan etdi. Tədbirdə yazıçı Reyhan Yusifqızının “Hamıdan qəşəng”,”Yaşıl gözlü qız”, “Aysu”, “Zamanın əsirləri”,”Ulduz pərisi”,”Dostum Mimi” əsərlərindən bəhs edildi. 
Əsas müzakirələr mövzusu isə “Dostum Mimi” əsəri oldu. Türkiyə və Azərbaycanlı şagirdlər yazıçıya əsərlərlə bağlı maraqlı suallar ünvanladılar. Görüşdə Türkiyə tərəfdən nəşriyyat rəhbəri Sevinc Tofiqqızı iştirak edirdi. Sevinc xanım Türkiyədə Azərbaycanlı yazıçıların əsərlərinin nəşr olunmasında xüsusi əməyi olan insanlardandır. Türkiyəli şagirdlərin Azərbaycanlı yazıçıların əsərlərinə olan marağı hər kəsin rəğbətinə səbəb oldu. 2b sinif şagirdlərindən Əsma, Zəhra, Ayan, Ayxan, Əli, Rauf və Yusifin sualları daha maraqlı və diqqətəlayiq idi. Sual cavab zamanı Türkiyəli şagirdlər də fəallıq göstərdilər. 
Keçirilən tədbir hər iki ölkənin müəllim və şagirdləri üçün unudulmaz xatirəyə çevrildi. Bəli, beynəlxalq kitab günü kitaba, mütaliəyə, dostluğa sevgi bayramı kimi yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi