Oxu və əylən

Məktəbimizdə müntəzəm olaraq mütaliə ilə bağlı maraqlı tədbirlər keçirilir. Belə tədbirlərdən biri də məktəbimizin onlayn şəkildə qatıldığı "Oxu və əylən" müsabiqəsi oldu. Belə müsabiqələr şagirdlərimizin istedadının üzə çıxmasına, mütaliəyə, incəsənətə marağının artmasına səbəb olur. Bu müsabiqədə şagirdlərimiz "Kitabi Dədə-Qorqud" dastanı: "Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy" və Arkadu Qaydarın "Çuk i Qek" hekayəsi əsasında səhnəcik-tamaşa hazırlayaraq iştirak etdilər. Şagirdlər onlara tapşırılan rolların öhdəsindən həvəslə gələrək müsabiqənin maraqlı iştirakçılarına çevrildilər.
Hər müsabiqə yeni istedad tapıntısı olduğu üçün belə müsabiqələr məqsədəuyğun və diqqətəlayiq olması ilə yadda qalır.