Kitaba sevgi günü

UNESCO-nun qərarına əsasən hər il aprel ayının 23-ü beynəlxalq səviyyədə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilir. Həmin gün bütün dünyanın diqqəti insanlığın ən böyük ixtiralarından biri olan kitaba yönəlir. Sözü gedən hər münasibətlə hər il UNESCO-nun Baş qərargahında böyük bayram tədbiri keçirilir. Bu əlamətdar gündə kitab nəşri, kitabın ərsəyə gəlməsi ilə əlaqədar müxtəlif sənət sahibləri bir araya gəlirlər. Haqqında bəhs edilən günlə əlaqədar məktəbimizdə müxtəlif formatda tədbirlər həyata keçirilir. Mövcud pandemiya şəraitiniə uyğun olaraq onlayn formatda təşkil olunan müsabiqələr, təqdimatlar, onlayn sərgilər bu qəbildəndir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütaliəyə diqqətin artırılmasını nəzərdə tutan "Hər kitab bir xəzinədir" sosial layihəsinə qoşulan məktəblər sırasında bizim məktəb də var.  Layihə məktəb daxilində müzakirə olunaraq iştirakçılar təlimatlandırılmışlar. 

Kitab insanı bioloji varlıqdan yüksək düşüncə tərzin\, dərin məntiqi təfəkkür gücünə malik fərdə çevirir. Gənc nəsli kitaba sevgi, mütaliəyə həvəs ruhunda böyütmək isə hər birimizin insanlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi