Məktəbimizin qazisini bayram münasibətilə təbrik etdik

Məktəbimizin Qazisi İlham Ağazadə Teymur oğlunun Novruz bayramını təbrik etdik.
Bu gün bayram təbriki ilə ziyarət etdiyimiz məktəbimizin Qazisi İlham Ağazadə idi. O, iki il əvvəl məktəbimn 11-ci sinfini bitirmişdir. 19 yaşlı qəhrəmanımız “Cəsur döyüşçü” , “Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə”, medalları ilə təltif olunmuş, həm özünə və ailəsinə, həm də məktəbimizə baş ucalığı gətirmişdir. İlhamın anası Minarə xanım və qardaşı Zaur İlhamın şücaətlərindən məktəbimizin direktoruna Aygün Əzizova və riyaziyyat müəllimi Gülnarə Hacıyevaya danışdılar. Əziz qazimiz İlham, bahar təravətli, sevgi dolu, ümid dolu, nur dolu Novruz bayramınız mübarək olsun!
Builki Novruz bayramı Azərbaycan tarixinə ilk Qələbə Bayramı kimi düşür. Bu şanlı qələbəyə çatmağımız naminə canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu şad olsun. Sağ qayıdan qazilərimizə Allah möhkəm can sağlığı versin, hər zaman onlara borcluyuq! Bu əziz bayram münasibətilə hamınızı ürəkdən təbrik edirik, məktəbimizin vətən müharibəsində iştirak edən hər bir iştirakçısına- veteranına, qazisinə möhkəm can sağlığı, səadət, uğurlar arzulayırıq! Bu bayram hər birinizə hər cəhətdən düşərli olsun, bahar öz gəlişi ilə ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!
Novruz bayramınız mübarək olsun!