Torpaqlarımızın azadlığı uğrunda keçən zəfər yolu.

yolu.

Dövlətimiz möhkəmlənib. Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib. Bildiyiniz kimi, 2003-cü ildən Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasına rəhbərlik edir. Bu müddət ərzində Respublikamızın şəhər və kəndlərinin simasının dəyişdiyi göz qabağındadır. İrimiqyaslı yol infrastrukturu, körpülər, Bakı-Astara, Bakı-Quba, Bakı-Qazax yollarının yenidən salınması, Avropa standartlarına tam uyğun avtobanların salınması, şəhərdaxili yollar, heç zaman asfalt olmayan kəndlərarası yolların salınması, rayonlarımızda yeni hava limanları tikilməsi,dəmir yolların strukturu Bakı-Tbilisi-Qars bunlara aiddir. Bakı dəniz limanı yeri dəyişdirilərək yenidən qurulmuşdur. Yeni əzəmətli binalar, otellər, konsert və idman zalları, bütün rayonlarda idman olimpiya kompleksləri, həmçinin bir çox zavod və fabriklər də inşa edilmişdir. Kənd təsərrüfatına ayrılan subsidiyalar bu sahənin də inkişafına təsir etmişdir. Bakı şəhərinə çəkilən yeni su xətləri də bu zəhmətin bəhrəsidir. Hər il vətəndaşlarımızın rifahının yaxşılaşdırılması yolunda mütəmadi əmək haqlarının, pensiyaların artırılması hamımıza bəllidir.Ən böyük uğurumuz isə Ali Baş Komandanın uzaqgörən siyasəti sayəsində illərdir işğalda olan,hələ 30 il öncə mənfur düşmən tərəfindən 4 ay müddətində işğal olunan torpaqlarımızın  44 günlük Vətən müharibəsi ilə geri alınması oldu. Düşmən ölkəsinin elitası elə başa düşürdü ki, İlham Əliyev MQMO-nu bitirib və o yaxşı diplomatdır, və o bir sərkərdə kimi müharibə etməyəcək, bu düşmənin yanlış fikiri onlara baha başa gəldi.

Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Vətən müharibəsinə qədər Azərbaycan bütün qonşularla çoxtərəfli əməkdaşlıq müqavilələr bağlamış, Avropa ölkələri ilə, İslam əməkdaşlıq təşkilatı ilə mühüm işlər aparmışdır. Daha doğrusu,əvvəlcədən Prezidentimiz öz siyasi strategiyasını yaratmışdır.Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Biz anlayırdıq ki, Ermənistan Respublikası bizə torpaqlarımızı sülh yolu ilə qaytamaq fikrində deyildivə biz yalnız müharibə yolu ilə torpaqlarımızı qaytara bilərdik. Bu sahədə də Prezinentimiz İlham Əliyev müdriklik göstərərək, hər dəfə münaqişəni sülh yolu ilə həll etmək istədiyini bildirmişdir.Bunlara baxmayaraq ordunu yeni silahlarla təmin edir, hərbi təlimlərdə şəxsən özü iştirak edirdi. Bu hadisələrdə vətən müharibəsi gedərkən bütün  əməliyyatlara şəxsən özü başçılıq etmişdir. Bütün bunları nəzərə alaraq Prezindentimiz həm sülh yolu ilə həm də müharibə yolu ilə torpaqlarımızın azad edilməsi uğrunda hər şeyə hazır olduğunu göstərmişdir. Vətən müharibəsinin üstündən dörd ay keçməsinə baxmayaraq necə illər boyu ermənilərin bütün -böyük ölkələrin köməyi ilə, biz isə Ali Baş Komandanın üzaqgörənliyi ilə qısa bir zamanda işğalçıları məğlub etmişdik. Belə oxşar problemlər SNQ ölkələrində və böyük dövlətlər arasında mövcuddur, lakin onlar bu günə qədər bu məsələləri həll edə bilməyiblər. Prezidentimiz elə bir məsələni həll edib ki, bu hadisə əsrlər boyu bizim tariximizdə əks olunacaq və heç zaman unudulmayacaq.Azərbaycan BMTnin qəbul etdiyi məlum qərarlarını əsas tutaraq vətən torpaqlarını işğalçılardan azad etdi.Bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə zəhmətlə formalaşan imicini qoruyub saxlaya bilir. Azərbaycanın bütün məsələlərə strateji yanaşması var. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır. Bütün bunlar doğma Prezidentimizin zəhməti hesabına baş vermişdir. Biz Prezidentimizlə qürur duyuruq və fəxr edirik!!!

 

Aygün Əzizova Ələfsər qızı

Nizami rayonu 251 № li tam orta 

məktəbin direktoru

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi