Mülki Müdafiə Günü

Bu gün 251 saylı məktəbdə 2 b sinfinin rəhbəri Təranə Muxtarova  1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə  həsr olunmuş dərs tədbir təşkil etdi.
Dərsin keçirilməsində məqsəd şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə tədbirlərin görülməsinə və onların qarşısının alınmasına nail olmaqdır.
Dərsdə iştirak edən məktəb rəhbəri Aygün xanım, dərs hissə mudiri Leyla xanım və 24 saylı şəhər poliklinikasının pediatrı Vusalə xanım şagirdlərə dəyərli məsləhətlərini verdilər.
Daha sonra şagirdlərin həkimə ünvanlandığı suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi