Tariximizi unutmadıq, unutmayacayıq

26 fevral Xocalı faciəsinin ildönümüdür. 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə baş vermiş o dəhşətli soyqırımdan 29 il keçir. Bu gün ölkəmizin bütün təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də Xocalı qurbanları anıldı. “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edildi. Əvvəlcə bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra bütün siniflər üzrə müxtəlif formatda tədbirlər keçirildi. Hər sinifdə yaradılan rəsmlərdən və əl işlərində ibarət Xocalı güşələri, müəllimlərin faciə haqqında şagirdlərə verdiyi məlumatlar, şeir müsabiqələri bu qəbildəndir. Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn təqdimatlarda da sözügedən faciənin dəhşətlərindən bəhs edirdi. Bu gün həyata keçirilən tədbirlər şagirdlərin tariximizə, vətənimizə olan sevgisinin və bağlılığının bariz nümunəsidir.