Xocalını unutmayaq

Xocalı xalqımızın tarixinin qanlı səhifəsi, bəşəriyyətin alnında isə qara ləkədir. Bu dəhşətli faciənin ildönümü hər il olduğu kimi bu il də geniş şəkildə qeyd olunur. Anım tədbirləri çərçivəsində məktəb  kitabxanası da fəal iştirak etdi. "Onlayn təqdimat müsabiqəsi", sinif tədbirlərində bədii ədəbiyyatın və dövri nəşrlərin təqdim olunması görülmüş işlər sırasındadır. Kitabxana müdiri Samirə Hüseynova, kitabxanaçı Səadət Cəlilova şagirdlərlə söhbət apararaq faciə mövzusunda yazılmış bədii nümunələrin, videomaterialların təqdim olunmasında yaxından iştirak etdilər. 

Məktəb kitabxanası təkcə anım günlərində deyil, müntəzəm olaraq xalqımızın faciələri, keçdiyi keşməkeşli mübarizə tarixi barədə şagirdlərə məlumat verir, bədii, sənədli materialların daha çox mütaliə edilməsini tövsiyə edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi