4ç sinfində “Beynəlxalq Ana dili Günü” tədbiri

21 fevralda 4ç sinif müəllimi Gülnarə Hacıyeva "Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş onlayn təbdir keçirdi. Tədbirdə 251 nömrəli məktəbin direktoru Aygün Əzizova və direktor müavini Zülfiyyə Yunusova da iştirak etdilər. 
Şagirdlər bu günün yaranma tarixi haqqında məlumat verdilər, şeirlər söylədilər, mahnılar səsləndirdilər. Daha sonra ana dili ilə bağlı aforizmlər, atalar sözlərindən ibarət yarışma keçirildi. Sonda sinif rəhbəri Hacıyeva Gülnarə bildirdi ki, dilimizi qorumaqla zəngin tariximizi, milli mənliyimizi, kimliyimizi, mənəviyyatımızı qorumuş oluruq. Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi