Ana dilim - şirin dilim

19 fevral 2 b sinif müəllimi Təranə Muxtarova Beynəlxalq Ana Dili Günü ilə əlaqədar dərs-tədbir keçirib.Tədbirdə sinfin şagird kollektivi iştirak edib. Sinif rəhbəri çıxış edərək qeyd etdi ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığın hiss etmək,onunla qürur duymaq, onu qorumaq və inkişaf etdirmək lazımdır.
Tədbir dərsdə şagirdlər aradında “Sürətli oxu” və “Sinfin ən gözəl xətti” müsabiqəsi keçirildi. "Sinfin ən gözəl xətti” müsabiqəsinin qaliblərinin adı açıqlandı. A.Əsma, O.Ayxan,Y.Rauf və R.Nuranın xətti “Sinfin ən gözəl xətti” seçildi.
Tədbirdə 2 B sinif şagirdlərinin ifasında Ana dilimizlə bağlı şeirlər və mahnılar səsləndi.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hamımızın borcudur.