21 Fevral - Beynəlxalq Ana Dili Günü

Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevral ayının 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur. Bu münasibətlə 18 fevral 2021-ci il tarixində 2d sinfində açıq dərs keçirildi. Əvvəlcə sinif rəhbəri Babayeva Fəxriyyə şagirdlərə bu günün yaranma tarixi haqqında məlumat verdi. Bildirdi ki, hər bir insan öz ana dilini mükəmməl bilməli və qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Dilimizə olan sevgi həm də vətənə olan sevginin təzahürüdür. Daha sonra şagirdlər ana dili haqqında maraqlı məlumatlar verdilər, şeirlər söylədilər. Onlar müxtəlif nağıl personajlarını canlandıraraq dilimizin tarixinin çox qədim zamanlara getdiyini nümayiş etdilər. 2d sinfinin rəhbərinə və şagirdlərinə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi