Pedaqoji şuranın iclası

23.01.2021-ci il tarixində Microsoft Teams platforması üzərindən növbəti pedaqoji şura iclası keçirildi.
İclasda "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası" və "Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili", TN və BŞTİ-nin müvafiq əmr və sərəncamları, təlimatı, məktubları ilə bağlı direktorun geniş məruzəsi dinlənildi.
Summativ qiymətləndirmələrin mütəşəkkil, obyektiv və ədalətli qaydada keçirilməsi pedaqoji heyətə tapşırıldı. 
Qərar verildi ki, bəzi şagirdlərin internetə qoşulma problemlərini məktəb rəhbərliyi və pedaqoji heyət nəzərə alsın və həmin şagirdlərə maksimum dərəcədə dəstək verilsin.
Qeyd edək ki, 21.01.2021-ci il tarixdən məktəbdə summativ qiymətləndirmələrin keçirilməsinə start verilib və bu barədə məktəbin Tədris-Metodiki Şurası ilə 21.01.2021-ci il tarixdə işgüzar onlayn iclas keçirilib.
Bütün şagirdlərə və müəllimlərə virtual məkanda uğurlar arzulayırıq! Təranəni də yaz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi