Məsafəli olaq, amma birlikdə olaq

Pandemiya dövründə onlayn dərs alan şagirdlər üçün bir-biri ilə təmas qurmaq daha da vacibdir. Bununla əlaqədar olaraq 7 E sinifinin sinif rəhbəri Quliyeva Gülnarə xanım "Məsafəli olaq, amma birlikdə olaq" adlı onlayn konfrans keçirilmişdir. Şagirdlər böyük həvəslə bu ideyaya qatıldılar və əvvəldən mövzu və suallar təklif etdilər. Nəticədə onları maraqlandıran bütün mövzular müzakirə olundu. Uşaqlar karantin dövründə xəstələnməmək üçün nə etmək lazım olduğunu, başqaların qayğısına qalmaq amma mütləq məsafə saxlamağın vacib olduğunu vurğuladılar. Hər kəs "Dərsdən əlavə nə işlə məşğul olmaq olar ki, gələcək həyatımız üçün faydalı olsun?"- sualına münasibət bildirməyə çalışdı. Kimi daha çox mütaliə etməyə, digəri xarici dil öyrənməyə, kimisi idmanla məşğul olmaga, kimisi isə hobbisinə daha çox vaxt ayırmağın faydalı olduğunu bildirdi. Bəzi şagirdlər internetdən onlayn kurslara qoşulduqlarından, yaşlı və tənha insanlara necə kömək etdiklərindən danışdılar. Müharibəyə gedən əsirlərin valideynləri ilə əlaqə saxlayıb onlara necə mənəvi dəstək olmalarından da bəhs etdilər, bugünkü qəhrəmanlardan danışdılar. Onların döyüşdə göstərdikləri şüa ətindən, vətənpərvərliklərindən danışdılar. 7E sinfi kədərlə şəhidlərimizi yad etdi. Onlar söylədilər ki, şəhidlərimizi heç vaxt unutmayacaqlar, çünki onların canı, qanı bahasına torpaqlarımız düşmənlərdən azad olundu. Ali Baş Komandanın əmri ilə, düzgün siyasəti ilə, "Qarabağ Azərbaycandır!" devizi ilə torpaqlarımız işğaldan azad olundu. Biz bütün dünyaya göstərdik ki, birlikdə olduqda hər bir çətinliyin öhdəsindən gəlmək olar. Məsafədan asılı olmayaraq ailə, dost, qürbət eldə yaşayan həmvətənlərimizi bir Vətən -Azərbaycan birləşdirir.