Sevinc Ağayeva, sizi hüznlə anırıq

Bu gün aldığımız xəbər bizi çox kədərləndirdi. Covid-19 daha bir savadlı, məsuliyyətli, alicənab, xoş auralı, qanunsevər, hər bir işə qızıl dəqiqliyi ilə yanaşan gözəl müəllimizi aramızdan apardı. Ruhun şad olsun, məkanın cənnət, yeni evin işiqlı olsun Sevinc xanım! Sizə ölüm yaraşmırdı. Siz mərd, qürurlu bir ömür yaşadınız. Sizin ətrafınızda olan hər kəs sizi sevirdi, çox xoş idi sizinlə ünsiyyətdə olmaq, sizi tanımaq, əziz AĞAYEVA SEVİNC xanım! Siz uzun illər gənc nəslin tərbiyəsində xidmətləri olan, yüzlərlə şagirdin sevimli və savadlı İNFORMATİKA müəllimi kimi xoş xatirələrdə yaşayacaqsınız!!! Allah rəhmət eləsin, əzizimiz Sevinc Agayeva xanım. Məkanınız cənnət olsun. Ailənizə baş sağlığı və səbr diləyirik.