“APPLE-6” komandası dünya birinciliyində

Dekabrın 25-də "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma və riyaziyyat üzrə 8-15 yaş arası şagirdlər üçün "Qış onlayn yarışı"na start verildi.
Yarışın məqsədi yeni il ərəfəsində şagirdlərin asudə vaxtlarını səmərəli və əyləncəli keçirmək, eyni zamanda onların proqramlaşdırma və riyaziyyat üzrə bacarıqlarını təkmilləşdirməkdən ibarət olmuşdur.
Yarışın süjetinə əsasən, iştirakçılar ”31 dekabr tarixinədək qarşıdan gələn Yeni ili xilas etməlidirlər”. Bunun üçün onlar verilən tapşırıqları düzgün yerinə yetirməli idilər. Bu yarışda Nizami rayon 251 nömrəli tam orta məktəbin 6-a sinif şagirdləri “APPLE- 6” komandası adı altında iştirak etmiş və bütün tapşırıqları yüksək səviyyədə, tam yerinə yetirərək, maksimum 660 xal toplamaqla Azərbaycan və dünya üzrə I yeri qazanmışdılar.
“APPLE- 6” komandasının üzvləri:
1. Ağalarov Əli
2. Anasarova Fatimə
3. Həsənli Xəzər
4. Məmmədli Bayram
5. Mirzəliyeva Dilarə
6. Talıbov Miraləm
Komandanın rəhbəri məktəbin informatika müəllimi Feyzullayeva Natəvan.
Qələbə münasibətilə komandanın rəhbəri Natəvan müəllimi, sinif rəhbəri Nailə Həsənovanı və şagirdlərimizi təbrik edirik. Uğurlarınız davamlı olsun, əziz məktəblilər!