Həmrəyliyimiz əbədidir

31 dekabr 2020-ci il 251 saylı orta məktəbin ibtidai sinif müəllimi T.Muxtarova 2 b və 6 c sinif şagirdləri ilə birlikdə həmrəylik gününə həsr olunmuş “Həmrəyliyimiz əbədidir” adlı onlayn tədbir hazırladı.
T.Muxtarova tədbiri açıq elan edərək bildirib ki, bu mötəbər gün ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə bəxş etdiyi gözəl günlərdən biridir. Tədbirdə məktəbin direktoru Aygün xanım Əzizova, müəllimlər, hərbiçilərdən diviziya komandiri, artilleriya rəisi Vüsal Muxtarov, Rüfət Qasımlı, qazilərimizdən Amid Paşazadə, tanınmış psixoloq Vüsalə Əmiraslanova, şagirdlər və valideynlər iştirak etmişdir.
Bu il 2020-ci il bizim xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və ölkəmizin Vətən müharibəsində misilsiz qələbəsi ilə yaddaşlarda qalacağını bildirən T.Muxtarova müharibənin qəhrəmanları haqqında video çarx nümayiş etdirdi.
Qəhrəman hərbiçilər müharibədə iştirak edən  igid oğullarımızın şücaətindən bəhs edərək onları bir daha şagirdlərimizə tanıtdılar.Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular.
Direktor Aygün xanım bildirdi ki, 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.
Aygün xanım qaziləri, hərbiçiləri düşmən üzərində qazanılan tarixi Qələbə və Həmrəylik günü münasibətilə təbrik etdi.
Tədbirdə onlayn dərslərdə fərqlənən şagirdlər Fəxri Fərmanla təltif olundular. Görüş Həmrəylik mahnısı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi