İlin yekun pedaqoji şurası

30 dekabr 2020-ci il tarixində Bakı şəhəri Nizami rayonu 251 nömrəli tam orta məktəbin idarə heyəti və müəllim kollektivinin iştirakı ilə növbəti dəfə virtual şəkildə Pedaqoji işçilərin iclası keçirilib. 
 Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-233 nömrəli əmrinin icrası istiqamətində görülən işlər   müzakirə olunub. Məktəbin direktoru Aygün Əzizova çıxış edərək  qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edərək yeni 2021 ci ildə  uğurlar arzuladı. İclasın gündəliyində duran məsələləri dinlədikdən sonra direktor müavinlərinin hesabatları izlənildi. İclasın sonunda  fəaliyyəti boyu fərqlənən  bir sıra müəllimlər məktəb rəhbərliyi  tərəfindən təşəkkürnamə ilə təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi