Bizim qəhrəman

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbəmizlə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək xalqımıza böyük Qələbə sevinci, fəxarət hissi yaşatdı.

Çox sevindirici, qürurverici haldır ki, böyük zəfərə imza atan, adını Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazan qəhrəmanlarımız arasında məktəbimizin məzunu, fəxrimiz, müzəffər Azərbaycanordusunun baş leytenantı Fərid Qasımovun da adı vardır.

Fərid Vaqif oğlu Qasımov 03.06.1994-cü ildə Bakı şəhərində anadan olmuş, 2000-2008-ci illərdə 251 nömrəli tam orta məktəbdə təhsil almışdır. Fərid  hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilmiş, hərb sənətinə böyük maraq göstərmişdir. Elə bu böyük maraq onun əvvəlcə C.Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almasına səbəb olmuşdur. “İdarəetmə mühəndisi” ixtisasına yiyələnən Fərid Qasımov 2015-ci ildən artilleriya batareyasının  taqım komandiri vəzifəsində xidmət edir. 2015-ci ildə “leytenant”, 2018-ci ildə “baş leytenant” hərbi rütbəsi almışdır.

      Fərid Qasımov  ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma Qarabağımızın mənfur düşmənlərdən azad olunması uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” , 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” medallarıilə təltif edilmişdir.

      Kollektivimiz məktəbimizin məzunu, müzəffər Ordumuzun baş leytenantı Fərid Qasımovla fəxr edir, şərəfli peşəsində ona bundan sonra da bol uğurlar arzulayır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi