Qalib xalqın məğrur prezidenti

 

24 dekabr 2 b sinif rəhbəri Təranə Muxtarovanın təşkilatçılığı ilə cənab Prezidentimiz İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən təqdimat dərs keçirilib.

Dərsin əvvəlində T.Muxtarova Ali Baş Komandanımızın xalqa və dövlətə şərəfli xidmət missiyasından bəhs edərək video çarx nümayiş etdirdi.

Daha sonra Müzəffər Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altinda 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Qarabağı erməni işğalçılarından azad edib. 30 ildən sonra işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.

T.Muxtarova cənab Prezidentimizin bu il məktəbimizin yeni korpusunun açılışında iştirak etməsini, direktorumuz Aygün Xanım Əzizovanın vasitəsilə müəllimlərə və şagirdlərə salamının çatdırılmasından bəhs edərək hər bir vətəndaşımızın onunla qürur duymasını qeyd etdi.

T.Muxtarova ölkəni və milləti yüksəldən ,Vətəni təcavüzdən xilas edərək Millətinə Qaliblik vüqarı bağışlayan əziz Prezidentimizi təbrik edərək uzun ömür, can sağlığı və fəaliyyətində uğurlar arzu edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi