“Vitaminlər harada yaşayır?” Pandemiya dövründə sağlam qidalanma

Sağlam qidalanma - sağlam həyat deməkdir! Sağlam həyat tərzi sürmək üçün zəruri olan məsələlərdən biri düzgün şəkildə qidalanmaqdır. İnsanlar tərəfindən qəbul edilən qidalar orqanizm üçün çox əhəmiyyətlidir. Onların içərisində su, mineral duzlar, karbohidratlar, zülallar, yağlar və vitaminlər var. Bu maddələr orqanizmin qorunmasına, böyüməsinə və inkişafına səbəb olur. İnsanlar vitaminləri bitki və heyvan mənşəli qidalar vasitəsilə qəbul edirlər. Latınca "VİTA" - həyat deməkdir. Onların ən əhəmiyyətlisi A, B, C, D, E, K vitaminləridir.
Nizami rayonu 251 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Muxtarova 2b sinfi şagirdləri arasında "VİTAMİNLƏR HARADA YAŞAYIR?" adlı yaradıcılıq müsabiqəsi keçirmişdir. Bu müsabiqə uşaqların pandemiya dövründə sağlam qidalanma qaydalarına əməl etmələrinə təkan verir.
Şagirdlər çox böyük həvəslə müxtəlif meyvələrdən bəzəkli desertlər hazırladılar. Bu desertləri hazırlayarkən, onlar meyvələrin tərkibindəki vitaminləri araşdırıb onlar haqqında maraqlı məlumatlar topladılar. Şagirdlər üçün bu tapşırıq əyləncəli bir oyuna çevrildi. Qaliblərə və iştirakçılara sertifikatlar verildi.