Dəyərli müəllimizi itirdik

Hörmətli kollektivimiz!
Bu gün aldığımız xəbər bizi çox kədərləndirdi. Covid-19 məktəbimizin ingilis dili müəllimi Məmmədova Tamilla xanımı aramızdan apardı. Ruhunuz şad, məkanınız cənnət , yeni eviniz işıqlı olsun Tamilla xanım! Sizə ölüm yaraşmadı. 61 yaş.... Layiqli ömür yaşadınız. Çox xoş idi sizi tanımaq, sizinlə ünsiyyətdə olmaq.
Əziz Tamilla xanım! Siz uzun illər gənc nəslin tərbiyəsində xidmətləri olan, yüzlərlə şagirdin sevimli və savadlı ingilis dili müəllimi kimi xatirələrdə yaşayacaqsınız.
Allah sizə rəhmət eləsin.