Anım günü

Məktəbimizin ibtidai sinif müəllimi Nağıyeva Yeganənin iştirakı ilə "Zəfər günü" və Ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş Azərbaycan-Türkiyə müəllimlərinin birgə layihəsi çərçivəsində "Tarix Yazan Sərkərdələr" adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbimizin 2c sinif şagirdlərinin təqdimatında şeir, rəqs, mahnı ifa olundu. Tədbirdə məktəbimizin direktoru Əzizova Aygün xanım, həmçinin qardaş ölkənin də məktəb rəhbərləri və müəllimləri iştirak etmişdir.