Zəfər paradı

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət Planının icrası ilə əlaqədar olaraq 10 dekabr 2020-ci il 251 saylı məktəbin 2 b sinif rəhbəri Təranə Muxtarova “Tarixi qələbənin tacı-Zəfər paradı” adlı virtual dərs keçmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan dərs Qarabağ və işğaldan azad olunmuş bölgələrin tarixi, mədəni abidələri, tanınmış şəxsiyyətlər haqqında şagirdlərin çıxışları onların əsl vətənpərvər kimi yetişməsini bir daha sübut etdi. Dərs zamanı M.Mühəmmədin çəkdiyi “Terror qurbanı olan körpələr-bizim böyük yaramızdır” video çarxı hər bir şagirdi kövrəltdi. Sinif rəhbəri Təranə Muxtarova bir daha qeyd etdi ki, ermənistanın yürütdüyü dövlət terrorizm siyasətinin tərkib hissəsidir.
Sinif rəhbəri Zəfər günü haqqında geniş məlumat verərək bir daha şagirdləri və valideynləri Zəfər Paradı münasibətilə təbrik etdi.