Online iclas keçirildi

03.12.2020 ci il tarixində 251 məktəbin onlayn iclası keçirilib. İclasda məktəbin direktoru Aygün Əzizova pedaqoji kollektivi Azərbaycan Respublikası Təhsil nazirinin Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında "Fəaliyyət Planının təsdiqi barədə" 16.11.2020-ci il tarixli F-512 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmrlərinin mahiyyəti və müəyyən edilmiş tədbirlərin icra istiqamətləri barədə məlumatlandırıb. Müəllimlərin məsələ ilə bağlı rəy və təklifləri dinlənilib. Daha sonra distant təhsilin təşkili ilə bağlı müzakirələr aparılıb.