Cənab Prezidentə veteran müəllimin ürək sözləri

Azərbaycan Respublikasının müdrik, alicənab, xalqsevər, vətənpərvər Prezidenti Əliyev İlham Heydər oğlu cənablarına, 251№li məktəbin 4g sinif şagirdi Axundov Aliyusifin nənəsi veteran müəllimi Aliyeva Səidə Balabəy qızı tərəfindən yazılmış ürək sözləri.

Mənim qəhrəman Prezidentim. Həyatımızın ən gərgin vaxtlarında mən də öz müəllimlik sevgimi sizə yazmağı özümə borc bildim. Çünki  siz illərlə doğrulmayan arzuları həyata keçirdiniz. Bilirəm bu çətinliklərə sinə gərən Azərbaycan xalqı, dözümlü xalq olubdur. Lakin qarşı tərəf həddi aşanda cavabsız qalmamalıdır. Ulu öndərimiz çox gözəl demişdir. “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Tarixi savaşlara nəzər salanda “Qarabağ savaşı”  illərin savaşı olmuşdur. Tarix təkrarlanır.                                                            

Vətən bağışlamaz bu nöqsanları!

Haqsız yerə axan şəhid qanları

Tarix təkrar edir bu nöqsanları

Kimdir günahkarın de Azərbaycan?

 

Tarix yaddan çıxmaz. Ancaq bu çətinliklərə baxmayarag sizin şücaətiniz, sizin yumruğunuz, səlis nitqiniz həqiqəti düşmənə başa saldı.

İlham oğlum, mən sizin bütün çıxışlarınızı izləyirəm. Düzdür, yenə şəhid verdik. Azərbaycan oğulları azğın düşmən qarşısında qəhrəmancasına vuruşdular. Vətən şəhidsiz olmaz, torpaq qansız. 27 sentyabrdan başlayan savaş noyabrın 10-da qələbə xəbəri ilə xalqımızın yerə - göyə sığmayan sevincli günü oldu.

 

Çox şəhidlər verdik inan

Poladlar Ilqarlar getdilər cavan

Yaşayacag qəlbimizdə

Şəhidlər adı her zaman

Can qoydunuz xalq yolunda

Azərbaycan oğulları

Vətənə oldunuz dayaq

Azərbaycan ogulları

 

Axı, bu qalibiyyətin başında sizin kimi sərkərdə durur. Bayrağımız alınan torpaqlarda ucaldı. Öz bayrağımızla birlikdə qardaş Türk xalqının bayrağı da ucalır. Çünki, Azərbaycan Prezidentinin ən yaxın qardaşı olan Prezident Receb Tayyib Erdoğanin sevgisi çox böyük sevgi ilə qarşılandı.

Hörmətli Prezidentimiz, sizin bu günlərdə alınmış torpaqlara səfər etməyiniz ucalan bayrağımızı şəxsən sizin ucaltmağınız bir qocaman müəllim kimi mənə də cəsarət gətirdi. Çünki Mehriban xanımla bu çətin yolu getməyiniz hər Prezidentə nəsib olmaz.

 

Canım qurban olsun sənə!

Sən layiqsən bu sevgiyə!

 Tarixlər yazacaq səndən

 Vətənə olan sevgindən!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi