Qələbəyə möhür vuran tarixi səfər

Tarixi qələbəmizin böyük sərkərdəsi, xalqının məğrur oğlu, ölkənin Ali Baş Komandanı İlham Əliyev və onun xanımı Mehriban Əliyeva 16 noyabr tarixində düşmən taptağından azad olunmuş  Füzuli və Cəbrayıl rayonlarına səfər etmişlər. Bu tarixi səfər bir daha sübut etmişdir ki, Ali Baş Komandan həmişə xalqın yanında olub və bundan sonra da Prezidentimiz öz xalqının dayağı və ümid yeri olacaq. Səfər zamanı Prezidentimiz həmin bölgədə yaşayan əhali tərəfindən çox böyük sevgi və coşqu ilə qarşılanmışdır.

Prezidentimiz İlham Əliyev bu müharibə dönəmində həmişə öz məğrur çıxışları ilə xalqa ümid verdi və 30 ildir vətən həsrəti ilə yanan xalqın ümid çırağını yenidən yandırdı. Bu tarixi qələbə hər bir Azərbaycan vətəndaşının qələbəsi oldu. Prezidentimizin “Biz birlikdə güclüyük” şüarı xalqı yumruq kimi birləşdirdi. Bütün dünya bu  yenilməz azəri xalqının  möhtəşəm qələbəsini heyranlıqla və fəxr hissi ilə izlədi.

Prezidentimizin bu səfəri xalqımızın ömürlük qələbəsinə vurulmuş hökmlü bir nida oldu. Məğlub ölkənin rəhbərlərinin  gizlənməyə yer axtardığı bu dönəmdə bizim cəsur Prezidentimiz xalqı tək buraxmadı və öz səfəri ilə xalqına, yurduna, elinə və obasına olan əvəzolunmaz məhəbbətini bir daha sübut etdi.

“Qarabağ Azərbaycandır və nida” sözləri  bu xalqın ömürlük şüarına çevrildi. Prezidentimizin bu rayonlara səfəri isə  bu nidanı, həqiqətən də, qoymuş oldu. Xalqın igid sərkərdəsinin 16 noyabr səfəri qələbənin ömürlük yaddaşına həkk olmuş tarixi bir səhifə  oldu. Bu qələbə başda Ali Baş Komandanımız olmaqla, şəhidlərimizin, şəhid ailələrinin, qazilərimizin və onları daim dəstəkləyən Azərbaycan xalqının şanlı qələbəsi oldu. Prezidentimiz də öz çıxışlarında şəhidlərimizin bu qələbədə əvəzsiz rolunu dəfələrlə vurğulayır. Mən də bir Azərbaycan vətəndaşı kimi xalqın məğrur, unudulmaz oğullarının ruhu qarşısında baş əyirəm və onlara Allahdan rəhmət, ailələrinə isə səbir və dözüm arzulayıram. Bu qələbəni bizə yaşatdığınız üçün çox sağ olun,ölməz şəhidlərimiz...

 

Şəhidim

 

Öndə getdin, heç qorxmadın ölümdən,

Əyilmədin, sarsılmadın, şəhidim...

Qisas hissi oxunurdu gözündən,

Qədəminlə tarix yazdın, şəhidim...

 

Azad etdin hər kəndi, hər obanı,

Azad etdin qolu bağlı Şuşanı,

Şəhid oldun, bundan uca ad hanı?

Ölümünlə haqqa çatdın, şəhidim...

 

Bayram edir bu gün yurdum sayəndə,

Anılırsan  hər qələbə deyəndə...

Sən tarixi bir qürursan qəlbimdə,

Rahat  uyu mənim ölməz, şəhidim...

 

Xalqımın fəxrisən, elin oğlusan,

Əsir məzarların xilaskarısan,

Böyük türk elinin sən vüqarısan,

Hünərinlə tarix yazdın, şəhidim...

 

Qurban olum o keçdiyin yollara,

Qan uddurdun o mənfur cəlladlara,

Tapdatmadın torpağını yadlara,

Öz qanınla tarix yazdın, şəhidim...

 

Qürur duyur səninlə öz vətənin,

Doğma anan, doğma atan, hər kəsin,

Ölmədin sən bax duyuruq haqq səsin,

Sən canınla tarix yazdın, şəhidim...

Sən qanınla tarix yazdın, şəhidim...

 

                                                Müəllif: Günay Tahirova

 

Prezidentimiz həmçinin Vətən müharibəsində doğma torpağı, xalqı uğrunda öz sağlamlıqlarını itirmiş qazilərimizə də tez-tez baş çəkir. Vətənin bu çətin günlərində daima öz varlığı, igidliyi və qorxmazlığı ilə yanımızda olan Ali Baş Komandan tarix yazan şanlı ordumuza da həmişə dayaq olacağını və onların bu qələbənin əsl sahibi olduqlarını dönə-dönə vurğulayır. Bu hərəkətləri ilə də bir daha sübut edir ki, Prezidentimiz hər bir Azərbaycan vətəndaşının taleyini düşünür və dahi bir sərkərdə  kimi hər bir hərbiçimizin Ali Baş Komandanıdır. Ölkə Prezidentinin səfər zamanı tarixi fəxrimiz olan Xudafərin körpüsünü ziyarət etməsi isə bu qələbənin xüsusi bir rəmzi sayıldı. Ali Baş Komandan işğaldan azad olunan bu tarixi yerlərin hər birinin əvvəlki halından belə daha gözəl olacağını və bu qələbədən  sonra yurdumuzu daha işıqlı, daha parlaq günlərin gözlədiyini böyük bir coşqu və inamla vurğulayır.

İnsanı ən çox qürurlandıran səbəblərdən biri isə bu oldu ki, bu çətin zamanda xalqımız öz liderinin yanında oldu. Milli birlik, siyasi həmrəylik bu qələbəyə gedən yolda böyük türk xalqına mənəvi dayaq oldu. Xalqın qələbəsinin və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşmasında məhz bu milli və siyasi birliyin də öz müstəsna rolunu  qeyd etməliyik.

Təəssüflər olsun ki, həmişə olduğu kimi yenə də bu şanlı qələbəyə kölgə salmaq istəyənlər də az olmadı. Lakin Ali Baş Komandanın və onun xanımının Füzuli və Cəbrayıl rayonuna səfəri bu yenilməz qələbəni bir daha rəsmiləşdirdi.

Bu müharibədə Prezidentimiz öz göstərişləri ilə bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı mülki əhaliyə qarşı heç bir silahdan istifadə etmədi. Bizdən fərqli olaraq mənfur düşmən dəfələrlə dinc əhaliyə qarşı odlu silahlardan istifadə edərək öz vəhşiliyini bütün dünyaya bəyan etdi.

Hal-hazırda iflasa uğrayan erməni siyasəti öz əməllərinin cəzasını çəkməkdə davam edir. Hələ bir il əvvəl Şuşada qol qaldırıb yallı gedən Paşinyan öz adamları tərəfindən tərk edilərək pərt olmuş şəkildə bu şanlı qələbəmizi  seyr edir. Bu isə ilahi bir ədalətin həmişə var olduğunun əsas göstəricisidir. Çünki işğaldan azad olunmuş o torpaqların hər qarışı bizimdir və həmişə bizim olub, bizim də olacaq.

.“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” şüarı dünyaya yenicə göz açan körpələrimizdən tutmuş öz ahıllığı ilə tarixə şahid olan qocalarımıza qədər hər bir Azərbaycan vətəndaşının qəlbində ilham, sevgi və coşqu dolu bir iz saldı. Bu şanlı qələbə bizim ölkənin qüdrətini bütün dünyaya yenidən sübüt etdi. Bizim bu qələbəmizin əsas səbəbkarı isə Azərbaycan xalqının yenilməz sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevdir. Biz isə bir xalq kimi birlik olub həmişə Prezidentimizi dəstəkləmişik və bundan sonra da xalq olaraq Prezidentimizin köməyi, dayağı olacağıq. Biz qürur duyuruq ki, Cənab İlham Əliyev bizim Prezidentimizdir. Yaşa Ali Baş Komandan, həmişə var ol!!!

 

Fəxrimiz, şanımız, uca adımız,

Ali Baş Komandan həmişə var ol!

Məğrur sərkərdəmiz, qol-qanadımız,

Ali Baş Komandan həmişə var ol!

 

Bütün dünya duydu türkün səsini,

Əzə bilməz heç kəs “haqq” kəlməsini,

Yaşadıqca yaşadır ölkəsini,

Ali Baş Komandan həmişə var ol!

 

Tarix yazan ordusu var ölkəmin,

Bundan sonra olmaz heç dərdim, qəmim,

Siz fəxrisiz, qürurusuz hər kəsin.

Ali Baş Komandan həmişə var ol!

 

“İti qovan kimi” qovduq onları,

Azad etdik həsrət çəkən dağları,

Asdıq tək-tək al rəngli bayraqları,

Ali Baş Komandan həmişə var ol!

 

Ata vəsiyyəti yerdə qalmadı,

Şad oldu ruhlar da, darda qalmadı,

Al bayrağım şəfəq saçdı, solmadı,

Ali Baş Komandan həmişə var ol!

                                                                         Müəllif: Günay Tahirova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi