eTwinning Plus layihəsində məktəbimiz

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin və müəllimlərinin beynəlxalq layTəhsilihə proqramlarında iştirakını təmin edən layihələr üzərində işlərini aktiv olaraq davam etdirirlər. 2005-ci ildə yaradılan "eTwinning Plus" layihəsi də Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsidir. Azərbaycan bu layihəyə 2013-cü ildə qoşulmuşdur. Layihə çərçivəsində Azərbaycan məktəbləri, müəllimləri və şagirdləri Avropadan olan müəllimlərlə, şagirdlərlə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanmışlar. Azərbaycan məktəblərinin "eTwinning Plus" layihəsindəki fəaliyyəti birbaşa Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
Bu il pandemiya dövründə məktəbimizin ibtidai sinif müəllimi Təranə Muxtarova 1b sinfi ilə "eTwinning Plus" proqramına əsasən "Evdə qal, evdən öyrən" layihəsinin iştirakçısı olmuşdur. Layihə həm Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin UDS heyəti tərəfindən Milli Keyfiyyət nişanı, həm də Avropa İttifaqının Keyfiyyət nişanı ilə mükafatlandırılmışdır. Bu mübasibətlə 251 nömrəli məktəbi,Təranə Muxtarovanı və şagirdləri təbrik edirik.