Müzəffər Ordumuz
Ay ellər obalar gözümüz aydın
Düşmənin səhvləri pozulur bugün
Bizim qoç igidlər
Nərə çəkdikcə düşmənin
Məzarı qazılır bugün
İllər əvvəl böyük Səməd Vurğunun qələmindən çıxan bu misralar sanki bizim milli ordumuz üçün yazılıb. 30 illik heç bitməyəcək bildiyimiz həsrətin sonunu gətirdi milli ordumuz. Hər bir əsgərin hər bir nəfərin vəzifəsindən, rütbəsindən asılı olmayaraq Vətən – deyib Ali Baş Komandanın əmri ilə vətən savaşına atıldı. Bir ölüb, min dirilərik: – deyib, qanlı döyüşlərə girdilər. İşğaldan azad olmuş torpaqlarımız sıralandıqca ordumuza olan sarsılmaz inam yenilməz güvənlə birləşdi. Cəbrayıl, Qubadlı, Zəngilan, Suqovuşan, Füzuli, onlarla kəndimiz yağı tapdağından təmizləndikcə düşmən daha da azğınlaşaraq mülki əhalini döyüş hədəfinə çevirsə də, biz ölərik torpağımızı tərk etmərik, ordumuza, Ali Baş Komandanımıza güvənirik: - sözləri xalq dövlət ordu birliyinin nümunəsinə çevrildi. Müzəffər ordumuz daim xalqın arxasında necə məğrur dayandığını hər an hiss edir. Hətta məhdud imkanı ilə orduya dəstək üçün həmişə hazır olan bu yurdun övladları qalibiyyət soraqlı sabaha inanırlar. Ordumuza dəstək məqsədilə müxtəlif xarakterli aksiyalar keçirilir. Belə layihələrdən biri də “Əsgərə Məktub” – layihəsidir. Məktəbimizin şagirdləri də bu aksiyada fəal iştirak edirlər. Addım-addım, qarış-qarış vətən torpaqlarınızı azad edən ordumuz bugün şanlı tarix yazır. O tarix ki, gələcək nəsillər zaman-zaman bu tarixi vərəqlədikcə azərbaycanlı olduğu üçün qürur duyacaqlar. Bugün hər bir azərbaycanlı “Qarabağ Azərbaycandır!” nidası ilə bütün dünyanın yatmış vicdanlarını silkələyir. Bütün Qarabağda dalğalanacaq üçrəngli bayrağımız isə çox keçmədən bu torpağın həqiqi sahiblərini ulu yurda dönüşündən xəbər verəcək.
https://youtu.be/ZAy4ck4Wqb4
https://youtu.be/SK9ZyGwfikA
https://youtu.be/732qKO1POwA