Rəsm dərsimiz

Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır.
Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır. 
Uşaqlar Hər zaman sinfimizdə divarda işlənmiş gözəl ağac rəsminə baxanda suallar verirdilər:
-Müəllimə, bu ağacı kim çəkib?
-Biz o rəssamı necə görə bilərik?
Hetta bir şagirdimin sualı daha yadda qalan oldu.
-Ay müəllimə,o rəssamın əli tavana da çatır?Yerdən Tavana qədər agacı necə çəkmək olar?)))
Nəhayət uzun zamandan sonra şagirdlərim bu gun bu gözəl agacın rəssami Aynura Mustafayeva xanım ilə daha yaxından tanış oldular.
Aynurə xanım emalatxanası ilə uşaqları tanış etdi.Çəkdiyi əsərləri nümayiş etdirdi.Bir-birindən gözəl əsərləri diqqəti cəlb edirdi.Hətta emalatxanasındakı kitabxana ilə də bizi tanış etdi.
Uşaqların çəkdikləri rəsmlərə baxaraq hər bir uşagı dəyərləndirdi. Xoş sözlərə görə uşaqlar gözəl Rəssamdan stimul alırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi