Evdə qal, evdən öyrən 1 B sinfi eTwinning layihəsinə qoşulmuşdur

251 saylı məktəbin 1 b sinif rəhbəri Təranə Muxtarova və onun şagirdləri “Evdə qal,evdən öyrən”adlı eTwinning layihəsinə daxil olmuşdular.Bu layihəyə yeddi türk,yeddi Azərbaycanlı müəllim qatılmışdır.Layihənin məqsədi bütün dünyaya yayilan Covid-19 pandemiyasının yaratdığı məktəb tətillərində şagirdlərimizlə evdə keyfiyyətli dərsləri,tədbirləri həyata keçirməkdir.Keçirilən dərslərin ,tədbirlərin məqsədi şagirdlərimizin və ailələrinin səmərəli vaxt keçirmələrinə yol göstərir.Layihənin əsas məqsədi Distant təhsil alan şagirdlərimizə proqram materiallarını təqdim etmək ,şagirdlərin zamanlarının əyləncəli fəaliyyətlərlə davam etdirməkdir.