Harvarddan sertifikat alan müəlliməmiz Lala Rəcəbova

Nizami rayonu 251 №- li tam orta məktəbin müəllimləri COVİD – 19 virusla bağlı olan karantin dövründə onlayn dərslər keçirməklə yanaşı öz bilik və təcrübələrini təkmilləşdirməyə davam edirlər. Belə ki, məktəbin ingilis dili fənn üzrə müəllimi Rəcəbova Lalə Rəcəb qızı https://www.edx.org/ saytında yerləşdirilən onlayn kurslardan faydalanaraq, Harvard universitetinin təqdim etdiyi “Introduction to Data Wise: A Collaborative Process to Improve Learning & Teaching” kursunu 26 aprel 2020 – ci il tarixdə uğurla başa çatdırıb.