Evdə qal, təhsildən qalma

Korona virus! Gözə görünməyən, fərqinə varmadan əllərimizdə, nəfəsimizdə daşıdığımız bu heç bir irq, din tanımayan terrorist amansızcasına dünyamızı fəth etməkdədir. İstəmədən doğmalarımızı, sevdiklərimizi, dostlarımızı bu ölümün caynağına təslim edirik. Bu bəla cəmiyyətdə mövcud olan bütün sferalara  zərər vurduğu kimi təhsildən də yan keçməmişdir. Təkcə vətənimizdə yox, bütün dünyada təhsil ocaqları fəaliyyətini dayandırmış, müəllimlər və şagirdlər zamansız məzuniyyətə çıxmışlar.

         Artıq bir aydır ki, şagirdlər məktəb intizarındadır, sinif otaqları şagird səsinə, müəllim nəfəsinə həsrətdir. Lakin məktəblərin fəaliyyəti dayandırılsa da, təhsil prosesi öz axarında fərqli bir aspektdə davam edir. Belə ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tele dərslər hazırlanaraq televiziya kanallarında yayımlanmaqdadır. Bununla yanaşı  əksər məktəblərdə müəllimlər də boş dayanmır,  müasir texnologiyanın təklif etdiyi proqramlardan mümkün qədər istifadə edərək  şagirdləri virtual dərslərə cəlb edirlər.  Zamansız tətilin elə ilk günlərindən 251 saylı məktəbin fədakar müəllim kollektivi də bu marafona qoşulmuş, şagirdləri  təlim prosesindən yayınmağa imkan verməmişlər. Məktəbin direktoru Aygün xanım Əzizovanın xüsusi səyi və təşkilatçılığı sayəsində məktəbdə təhsil prosesi davam edir.  Özlərini hal – hazırda səfərbər olan vətənimizin bir  parçası hesab edən müəllim kollektivinin böyük əksəriyyəti ilk növbədə  bir vətəndaş kimi öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirirlər. Evdə qal, təhsildən qalma şüarı ilə  həmrəy olan müəllimlərimiz hətta dərs  keçmədiyi siniflərin şagirdləri ilə belə videodərslər təşkil edir, onların maariflənməsinə səy göstərirlər. Bundan əlavə sinif rəhbərləri şagirdləri Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif online yaradıcılıq müsabiqələrinə cəlb edirlər.

        

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi