Təhsildən qalmayaq

Bu gün dünyanın bir nömrəli problemi olan karonavirusla mübarizə proqramı çərçivəsində hər kəs öz üzərinə düşən vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirməyə çalışır. Təhsil müəssisələrinin qapıları müvəqqəti olaraq bağlı olsa da gələcəyimiz olan şagirdlər fədakar müəllimlərimizin səyi nətcəsində öz dərslərinə davam edirlər. Direktor A. Əzizovanın xüsusi nəzarəti altında məktəbimizin hər bir müəllimi distant təhsilin verdiyi imkanlardan bəhrələnərək gündəlik dərslərinə davam edirlər. Məktəbimizin hər bir müəllimi müasir texnika və texnologiyanın yaratdığı imkanlardan bəhrələnərək şagirdlərin təhsil prosesindən geri qalmamasını təmin edirlər. Hətta bölgələrdə olan sagirdlərin iştirak etdiyi distant dərslər bizim dünyanı təşvişə salan ən ölümcül virusun belə qarşısında aciz olmadığımızın sübutudur. Hər gün bir-birinin ardınca məktəb qrupuna verilən məlumatlar, müəllimlərin hesabatları hər kəsin qəlbini qürurla doldurur. Şagirdlərin sinifdəki kimi sual-cavab yarışları, müəllimlərin maraqlı izahları sanki bizə bəşərin başı üzərinə almış fəlakəti unutdurur, hamı özünü doğma məktəbdəki kimi hiss edir.

Bəli bu gün hər bir vətəndaş kimi bizim müəllimlərimizdə təhsil cəbhəsində qəhrəmanlıq göstərirlər. İnanırıq ki, xalqımız, insanlıq bu bəladan da qurtaracaq. Məktəbə qayıdan şagirdlərimiz heç bir şey olmamış kimi dərslərinə davam edəcək. Bax o zaman hər bir müəllimimiz öz vəzifəsini öhdəsindən ləyaqətlə gəlmiş insanlar kimi doğma siniflərə qürurla girəcəklər!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi