Pedoqoji Şura

2020-ci tədris ilinin ilk pedoqoji şurası 31 yanvar tarixində baş tutdu.İclası giriş sözü ilə məktəbin direktoru A.Əzizova açdı.Direktor gündəlik məsələlər barədə məlumat verdikdən sonra sözügedən məsəslələr səsə qoyularaq yekdilliklə qəbul olundu.Tədris işləri üzrə direktor müavini L.Sadıqova keçirilmiş BSQ-lər şagirdlərin dərsə davamiyyəti haqqında danışdı.5-ci siniflər üzrə Diaqnostik Qiymətləndirmənin nəticələri geniş şəkildə direktor A.Əzizova və L.Sadıqovanın iştirakı ilə müzakirə və təhlil olundu.Yüksək nəticə göstrəmiş siniflərin müəllimlərinə təşəkkür elan edilərək uğurlarının davamlı olacağına inam ifadə edildi.Yuxarı siniflər üzrə keçirilmiş BSQ-lərin nəticələri direktor müavini Ü.Nuriyeva tərəfindən müzakirə və təhlil olundu.Məktəbin adını ucaldan olimpiadaçılarımızdan söhbət açan A.Əzizova onların və müəllimlərinin adını çəkərək uğurlar arzuladı.Şagirdləri olimpiadaya hazirlayan müəllimlərə xüsusi təşəkkür elan edərək bu işin məktəbimiz üçün xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdi.”Şagirdin fərdi inkişaf dinamikasının izlənilməsi layihəsi”barədə məlumat verən Aygün xanım hər bir müəllimə bu işə xüsusi məsuliyyətlə yanaşmağı tövsiyyə etdi.Sinif rəhbərlərindən M.Quliyeva ,T.Mehdiyeva ,G.Səfərova ,V.Almazova siniflərindəki vəziyyətlə bağlı danışaraq nöqsanlardan və uğurlardan söhbət açdılar.Kitabxanın yarımillik fəaliyyət ilə bağlı kitabxana müdiri S.Hüseynovanın hesabatı dinlənildi.”Mütaliə edək,düşünək”adlı kitabxana tədbiri haqqında Samirə xanım məlumat verərək bu layihədə fərqlənən müəllimllərin adını çəkərək təşəkkürünü bildirdi.Təsərrüfat işləri üzrə direktor müavini A.Əlixan məktəbin təsərrüfat işləri barədə məlumat verərək hər kəsi ümumi evi olan məktəbimizin avadanlıqlarına xüsusi qayğı ilə yanaşmağı tövsiyyə etdi.Direktor A.Əzizovanın fikri sözügedən iclasın məntiqi yekunu oldu:Məktəbdə hər müəllim fənnindən asılı olmayaraq hər şeyə cavabdehdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi