Qanlı yanvar rənglərin dili ilə

20 Yanvar faciəsi ilə bağlı məktəbimizdə müxtəlif tədbirlər keçirilməsi artıq ənənə halı almışdır.Məktəbin foyesində müxtəlif yaş qrupundan olan şagirdlərin rəsm və əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur.Bu rəsmlər qanlı faciənin yaddaşlarda donmuş dəhşətlərinin şagird təxəyyülündə əksi kimi yadda qaldı.Maketlər,rəsmlər,faciə haqqında bədii,sənədli əsər və kitablar o günlərin dəhşətindən,xalqımızın müsibətli günlərindən bəhs edirdi.Kiçik yaşlı şagirdlərin rəsmlərindən ibarət”20 Yanvar”güşələri,hər sinifdə ümumməktəb tədbirlərinin kiçik tətkib hissəsi kimi yadda qaldı.İllər ötəcək,nəsillər bir-birini əvəz edəcək,bu faciənin xalqımızın tarixindəki qanlı izləri ilə heç zaman unudulmayacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi