20 Yanvar-qanlı yaddaşımız

20 Yanvar faciəsi xalqımızın keşməkeşli mübarizə tarixinin qanlı səhifəsidir.İllər ötməsinə baxmayaraq hər bir Azərbaycanlı bu günü böyük ürək ağrısı ilə yad edir.Məktəbimizdə tarix müəllimi R.Əhmədovanın rəhbərliyi ilə təşkil olunmuş “Qanlı yanvar şanlı tarix”adlı tədbir silsilə tədbirlərin yekunui kimi yadda qaldı.Anım tədbirini giriş sözü ilə açan direktor A.Əzizova şagirdlərə faciənin tarixi barədə məlumat verdi.Himnimizin səslənməsi ilə başlayan tədbir,faciəni əks etdirən videomaterialların təqdimtı ilə davam etdi.7c sinif şagirdi X.Muradovanın ifasında səslənən “Torpağın səsi”mahnısı ,7b sinif şagirdləri H.Aytac,C.Zeynəb,B.Zeynəb,Ə.Məmmədli,M.Ramin,M.Elvin,7c sinif şagirdləri H.Ülvi,Q.Nəzrin və başqalarının ifa etdiyi mahnı və şeirlər tədbir iştirakçlarına o dəhşətli günləri yenidən xatırlatdı.Bir ailənin itkilərini,faciəsini əks etdirən səhnəcik isə tədbir iştirkçılarının yaddaşında dərin iz buraxdı.Sonda direktor A.Əzizova Vətən qarşısında ,şəhidlərimizin ruhu qarşısında hər birimizin vətəndaşlıq borcundan bəhs edərək şagirdləri bu şanslı tarixdə qurban gedən şəhidlərin haqq işinə layiq olmağa çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi